Amrabat “Fenerbahçe” üçün İstanbula gəlir

Bakı, 30 avqust, Sporaz.tv

Fenerbahçe“(Fənərbağça), heyətini “Fiorentina” komandasının keçmiş futbolçusu Sofyan Amrabatla gücləndirib. Mərakeşli yarımmüdafiəçi bu gün saat 16:30-da Atatürk Hava Limanında olacaq.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe” 6 nömrəli transferdə xoşbəxt sona çatdı. Sarı-göylülər, Sofyan Amrabatın transferi üçün “Fiorentina” ilə anlaşıb.

Amrabatdan sonra rəhbərlik, İtaliya komandasını da razı salıb.

“Fenerbahçe”, 28 yaşlı futbolçunu 2 milyon avroya bir mövsümlük icarəyə götürəcək.

1+3 illik müqavilə imzalayacaq Amrabat, bu gün saat 16:30-da İstanbula gələcək və sağlamlıq müayinəsindən keçəcək.

Sofyan Amrabat, ötən mövsümü icarə əsasında “Manchester United“(Mançester Yunayted)-də keçirib.

“Fiorentina”, mərakeşli yarımmüdafiəçini 2020-ci ildə Hellas Veronadan 19 milyon 500 min avroya heyətinə qatıb.