Amorim imza atmadan yollarını ayırmaq istədiyi futbolçuları müəyyənləşdirib

Bakı, 30 oktyabr, Sporaz.tv

Manchester United“(Mançester Yunayted)-lə anlaşan, lakin hələ müqavilə imzalamayan Ruben Amorim, qış transfer dövründə yollarını ayırmaq istədiyi futbolçuları müəyyənləşdirib.

Sporaz.tv məlumat verir ki, “Manchester United” tarixinin ən pis startını keçirən Erik Ten Haqla yollarını ayırıb. “Qırmızı şeytanlar” hollandiyalı çalışdırıcını əvəzləmək üçün “Sportinq”in baş məşqçisi Ruben Amorimlə razılığa gəlib. ManU Amorim üçün Sporting-ə 10 milyon avro transfer haqqı ödəyəcək.

Ruben Amorim komandadan ayrılmaq istədiyi futbolçuları onlarla müqavilə imzalamazdan əvvəl müəyyənləşdirib.

Portuqaliyalı çalışdırıcı Anthony, Casemiro, Victor Lindelöf və Christian Erikseni komandada istəmir. Premyer Liqada Maliyyə Fair Play qaydalarına riayət etmək istəyən “Manchester United” rəhbərliyi qış transfer dövründə oyunçuları satmadan almamağa qərar verib. Mançester Yunayted rəhbərliyinin qəbul etdiyi qərara görə, heç bir şəkildə Mainoo, Garnacho və Hojlundu satmaq niyyətində deyil, lakin Marcus Rashford kənarlaşdırılıb. İngilis futbolçu üçün 60 milyon funt-sterlinq transfer qiyməti gözlənilir.