“Futbolçuların rolu böyükdür, onlar olmasa, mən bu uğurları qazana bilməzdim”

Bakı, 28 avqust, Sporaz.tv

Bu sözləri UEFA Konfrans Liqasının play-off mərhələsində “Zirə” – “Omonoiya” revanj matçından əvvəl mətbuat konfransında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Sporaz.tv xəbər verir ki, ilk matçdakı məğlubiyyətdən kədərli olduğunu bildirən Sadıqov Sözlərinə belə davam edib:

“Sabah play-off mərhələsinin revanj oyununa çıxacıq. Böyük hesablı məğlubiyyətimiz var. Oyuna daha fərqli abu-havada çıxmaq istəyərdik. Düzdür, hələ də məyusluqumuz var, amma Avrokuboklarda çıxışımız məncə yaxşı alındı”.

Üst üstə iki məğlubiyyət almışıq, oyundan gözləntiləriniz bu deyildi, amma futbolda gözlənilməyən hadisələr baş verir, buraxdığımız qollara baxanda görürdük ki, bu biz deyilik”.

“İstər-istəməz məğlubiyyət olanda məyusluq olur. Amma, oyuna tam köklənmişik. Əlimizdən gələni edəcik”.

“Ümumiyyətlə sabah bizim oyundakı düşüncəmiz, odur ki, hər top, hər epizod uğrunda sona qədər mübarizə aparmaqdır”.

“Amma bu uğurları qazanmağımda futbolçuların rolu böyükdür, onlar olmasa, mən bu uğuru qazana bilməzdim”.

Bahar Rüstəm