Amir Hadziahmetovicin yeni komandası bəlli olub

Bakı, 9 avqust, Sporaz.tv

Beşiktaş“, Amir Hadziahmetovici icarə əsasında “Çaykur Rizespor“a göndərir. İki komanda, Hadziahmetovicin müvəqqəti transferi ilə bağlı razılığa gəlib.

Sporaz.tv məlumat verir ki, “Beşiktaş”, “Konyaspor“dan 3,2 milyon avroya transfer etdiyi Amir Hadziahmetovici 2022-23 mövsümünün ara transfer dövründə icarəyə göndərib.

“Qara-ağlar”ın 2024-25 mövsümü üçün planları arasında olmayan Amir Hadziahmetovic, icarə əsasında “Çaykur Rizespor”a gedir.

“Beşiktaş” və “Çaykur Rizespor” təcrübəli yarımmüdafiəçinin icarə transferi ilə bağlı razılığa gəlib.

Ötən mövsüm 30 matça çıxan və 2299 dəqiqə meydanda qalan Hadziahmetovic 6 məhsuldar ötürmə edib.

27 yaşlı futbolçunun “Beşiktaş”la daha 3 illik müqaviləsi var.