Amerika Kubokunun final adı açıqlanıb

Bakı, 11 iyul, Sporaz.tv

Amerika Kuboku-2024-ün yarımfinalında Uruqvay Kolumbiya milliləri üz-üzə gəlib. GalatasarayDavinson Sanchezin 90 dəqiqə oynadığı Kolumbiya rəqibini 1-0 məğlub edərək finalda Argentinanın rəqibi olub.

Sporaz.tv məlumat verir ki, 2024-cü ildə Amerika Kubokunun yarımfinalında Uruqvay və Kolumbiya milliləri qarşılaşıb. Kolumbiya 1:0 hesabı ilə qalib gələrək finalda Argentinanın rəqibi olub.

Kolumbiya matçın 39-cu dəqiqəsində Jefferson Lermanın qolu ilə 1:0 önə keçib. Kolumbiyada Daniel Munoz ikinci sarı vərəqəsini ilk hissənin uzatma dəqiqələrində alaraq meydandan qovulub.

İkinci hissəni 10 nəfərlə keçirən Kolumbiya hesabı qorumağı bacarıb və finala yüksəlib.

Argentina və Kolumbiya 2024-cü il Copa America finalında 15 iyul Bazar ertəsi, CET vaxtı ilə saat 03:00-da üz-üzə gələcək.

Uruqvay üçüncü yer uğrunda görüşdə 14 iyul Bazar günü CET vaxtı ilə saat 03:00-da Kanada ilə qarşılaşacaq.