Amerika Kubokunda 1/4 final oyunu

Bakı, 4 iyul, Sporaz.tv

ABŞ-ın ev sahibliyi edəcəyi 2024-cü il Amerika Kubokunun 1/4 final matçlarına sabah start veriləcək.

Sporaz.tv xəbər verir ki, bu il 48-ci dəfə keçirilən qurumun qrup mərhələsinə yekun vurulsa da, sabah Argentina-Ekvador oyunu ilə 1/4 finala start veriləcək.

Qrup mərhələsinin yarışları başa çatdıqdan sonra A qrupunda Argentina və Kanada, B qrupunda Venesuela və Ekvador, C qrupunda Uruguay və Panama, D qrupunda isə Kolumbiya və Braziliya 1/4 finala vəsiqə qazanıb.

Galatasaray (Qalatasaray)-ın kolumbiyalı müdafiəçisi Davinson Sanchez də 1/4 finalda mübarizə aparacaq.

1/4 final oyunlarının təqvimi belədir:

Cümə, 5 iyul:

04.00 Argentina-Ekvador

Şənbə, 6 iyul:

04.00 Venezuela-Kanada

Bazar, 7 iyul:

01.00 Kolumbiya-Panama

04.00 Uruguay-Braziliya