Amerika Kuboku: III yerin sahibi bəlli olub

Bakı, 14 iyul, Sporaz.tv

ABŞ-ın ev sahibliyi etdiyi Amerika Kubokunda üçüncü yerin sahibi bəlli olub.

Sporaz.tv AZƏRTAC-a istinadən xəbər verir ki, Kanada və Uruqvay komandalarının üz-üzə gəldiyi görüşün əsas və əlavə vaxtı 2:2 hesabı ilə bitdiyi üçün penaltilər seriyası oynanılıb. Burada daha dəqiq olan Uruqvay seçməsi (4:3) üçüncü yerə sahib çıxıb. 

Qeyd edək ki, Amerika Kubokunun finalında Argentina və Kolumbiya komandaları qarşılaşacaq.