Amerika Futbol Liqasında (NFL) tarixi müqavilə imzalanıb

Bakı, 11 sentyabr, Sporaz.tv

Amerika Futbol Liqası (NFL) tarixində ən bahalı müqavilə imzalanıb.

Sporaz.tv xəbər verir ki, Amerika Futbol Liqasında (NFL) tarixi müqavilə imzalanıb. Dallas Cowboys, yarımmüdafiəçi Dak Prescottun müqaviləsini 4 il müddətinə 240 milyon dollara uzadıb. Beləliklə, Dak Prescott liqa tarixinin ən çox qazanan oyunçusu olub.

31 yaşlı Preskott komandası ilə 4 illik 240 milyon dollarlıq müqavilə imzalayıb. İllik 60 milyon dollar qazanacaq Dak Prescott bununla da NFL tarixində bir ildə ən çox pul qazanan idmançı adını ələ keçirib.

Dallas Cowboys komandası, sonuncu dəfə 1995-ci ildə NFL çempionluğunu qazanmışdı.

Leave a Reply