Almaniyada atışma

Bakı, 16 iyun, Sporaz.tv

AVRO-2024-də Polşa Hollandiya matçından əvvəl Hamburq küçələri xaotik idi. Alman polisi balta və yanğınsöndürənlə hədə-qorxu gələn şəxsi güllələyib və yaralayıb.

Sporaz.tv xəbər verir ki, Almaniyanın Hamburq şəhərində oynanılan Polşa-Hollandiya matçı öncəsi baş verən hadisələr zamanı polis silahdan istifadə edib.

Əlində balta və yanğınsöndürən bir şəxs azarkeşlərin keçdiyi ərazidə polisi təhdid etməyə başlayıb.

Alman polisi daha sonra hərəkətə keçərək əvvəlcə bibər qazından istifadə edib, sonra isə havaya atəş açıb.

Polis bu üsullarla zərərsizləşdirə bilmədiyi hücumçunu ayağından vurub. Hücumçunun xəstəxanaya aparıldığı və müalicə aldığı açıqlanıb.

Polis sözçüsü bildirib ki, hücum edənin tərəfdar olduğuna dair ilkin əlamət yoxdur.

Bahar Rüstəm