“Almaniya və İspaniya favoritdir”

Bakı, 17 iyun, Sporaz.tv

2024-cü il Avropa Futbol Çempionatında (AVRO 2024) mübarizə aparan Portuqaliyanın təcrübəli oyunçusu Joao Cancelo, “Məncə, Almaniya və İspaniya turnirin favoritidirlər”- dedi.

Portuqaliya Milli Komandasının düşərgə etdiyi Harsewinkel qəsəbəsində təşkil edilən mətbuat konfransına qatılan Cancelo, “Çexiya uzunboylu və böyük atletikaya malik oyunçulardan ibarət çox aqressiv bir komandadır. Onlar bizim işimizi çox çətinləşdirəcəklər. biz topu itirdiyimiz zaman mümkün olan ən yaxşı şəkildə onu geri almalıyıq. Onlar erkən qol vuraraq planlarımızı poza bilərlər.” -deyə bildirdi.

Turnirə yaxşı başlamaq istədiklərini bildirən 30 yaşlı futbolçu: “Düşünürəm ki, Almaniya və İspaniya turnirin favoritidir. Onlardan başqa daha 3 və ya 4 komanda saya bilərik. Biz ilk matçı qazanıb, turnirə yaxşı bir başlanğıc etmək istəyirik. Komandada təcrübəli və gənc oyunçular var. Çox yaxşı getdik, ümid edirəm ki, ilk matçda qalib gələcəyik”- sözlərini qeyd etdi.

AVRO-2024 üçün tam motivasiyalı olduğunu bildirən Cancelo: “Yüz faiz diqqətimi milli komandaya kömək etməyə yönəltmişəm. Ailəm və məni sevənlər üçün burada uğurlu olmaq istəyirəm. Bunun üçün əlimdən gələni edəcəyəm.”- şərh etdi.

Türkiyənin də yer aldığı F qrupunda mübarizə aparacaq Portuqaliya, Almaniyanın Leypzig. şəhərində 18 iyun Çərşənbə axşamı, CET vaxtı ilə saat 22:00-da Çexiya ilə qarşılaşacaq.