Almaniya qarantiləndi, İsveçrə üstünlüyünü qorudu

Bakı, 20 iyun, Sporaz.tv

2024-cü il Avropa çempionatının (AVRO-2024) A qrupunda ikinci oyunlar başa çatdığı halda, ev sahibi Almaniya qrupdan çıxmağı qarantilədi.

Sporaz.tv xəbər verir ki, qrupun ikinci oyununda ev sahibi Almaniya, Stuttgart Arenada Macarıstanı Jamal Musiala və İlkay Gündoğanın qollarıyla 2:0 hesabı ilə məğlub edib.

Almanlar, ilk görüşdə Şotlandiyanı 5:1 hesabı ilə məğlub eərək, xallarını 6-ya yüksəldib və son matçlar öncəsi qrupdan çıxmağa zəmanət verib.

Qrupun digər matçında Köln stadionunda Şotlandiya ilə İsveçrə 1:1 hesablı heç-heçə edib. Bu nəticə ilə qrupdakı ilk oyununda Macarıstanı 3:1 hesabı ilə məğlub edən İsveçrə, üstünlüyünü qoruya bilib. İlk görüşdə Almaniyaya 5:1 hesabı ilə uduzan Şotlandiya ilk xalını İsveçrədən alıb.

A qrupunda ikinci oyunların yekununda vəziyyət belədir:

A qrupunda üçüncü oyunların təqvimi belədir:

Bazar, 23 iyun:

23:00 İsveçrə-Almaniya (Frankfurt Arena)

23:00 Şotlandiya– Macarıstan (Ştutqart Arena)