Almaniya küçələrində böyük coşqu

Bakı, 16 iyun, Sporaz.tv

Almaniyanın ev sahibliyi etdiyi 2024-cü il Avropa Futbol Çempionatında (AVRO 2024) meydanlar futbol festivalı sahələrinə çevrilib.

Sporaz.tv xəbər verir ki, Almaniyanın 10 şəhərində keçirilən turnirə dünyanın hər yerindən futbolsevərlər axın edib. UEFA-nın turnirdən əvvəl ümumi satışa çıxardığı 2,3 milyon bilet üçün 50 milyon müraciət daxil olub.

Bilet ala bilən azarkeşlər matçları tribunadan izlədiyi halda, bəxti gətirməyənlər futbol coşqusunu “Fan zonaları”na daşıyıb.

Minlərlə futbol azarkeşi AVRO-2024-ün ikinci gününü Stuttgart’taki Schlossplatzdan izləyib. Azarkeşlər, komandalarının hücumlarında böyük həyəcanlar yaşayıb, vurulan qolları coşqu ilə qeyd ediblər.