Almaniya kubokunun qalibi:”Bayer Leverkusen”

Bakı, 26 may, Sporaz.tv

Futbol üzrə Almaniya Kubokunun qalibi bəlli olub.

Sporaz.tv AZƏRTAC-a istinadən xəbər verir ki, finalda “Kaiserslautern” və “Bayer” komandaları üz-üzə gəlib. Görüş Leverkuzen təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 17-ci dəqiqədə Qranit Caka vurub.

Xabi Alonsonun komandası sonuncu dəfə Almaniya Kubokuna 1992-1993-cü illər mövsümündə sahib çıxmışdı.

Qeyd edək ki, “Bayer” bu mövsüm ölkə çempionu olmağı da bacarıb.