Almaniya əvvəlki günlərinə qayıda bilərmi?

Bakı, 27 may, Sporaz.tv

Avro-2024-ün ev sahibi Almaniyanın idman direktoru Rudi Völler bildirib ki, martda Fransa və Hollandiya üzərində qazanılan qələbələr onların çempionluğa namizədlərdən biri olduğunu sübut edir.

Sporaz.tv xəbər verir ki,  dövrün əfsanəvi futbolçularından olan Rudi Völler fikrincə, Almaniyada real irəliləyiş əlamətləri var:

“İnkişafımızın ən mühüm əlamətləri son iki yoldaşlıq görüşü oldu. Bu qələbələrdən sonra daha optimist davranışlar gördük. Komandada və ətrafımızda, əlbəttə ki, hər şeyin əla olduğunu deyə bilmərik, amma ümidimiz olmalıdır”.

Üç dəfə Avropa çempionu olan Almaniya 2014-cü il dünya çempionatından sonra ciddi tənəzzül dövrünə qədəm qoydu. 2024-cü ildə öz azarkeşləri önündə oynayacaqları turnir onlar üçün böyük sıçrayış ola bilər.

Almaniya son iki dünya Kubokunun ilk mərhələsində mübarizədən kənarlaşdırılıb və son Avropa çempionatında 1/8 finala yüksələ bilməyib.

Vüqar ALIŞOV