Bakı, 17 oktyabr, Sporaz.tv
Allan Saint-Maximin Trendyol Super Liqasının 9-cu həftəsində səfərdə “Samsunspor“-la qarşılaşacaq “Fenerbahçe“(Fənərbağça)-nİn heyətində məşqlərə başlayıb. İsmail Yüksek bu gün də fərdi olaraq çalışıb.
Sporaz.tv məlumat verir ki, “Fenerbahçe” ilə “Samsunspor” matçının hazırlıqları davam edir. Kritik matçdan əvvəl sarı-göylü komandada Allan Saint-Maximin ilə İsmail Yüksek arasında bir inkişaf yaşanmışdı.
“Fenerbahçe”-də qripdən sağ çıxan Allan Saint-Maximin bugünkü məşqdə komanda ilə çalışmağa başlayıb.
İsmayıl Yüksek də bu gün fərdi olaraq çalışıb. Çox güman ki, türkiyəli futbolçu “Samsunspor” matçını buraxacaq və “Manchester United“(Mançester Yunayted) matçına vaxtında çatacaq.
Digər tərəfdən bir müddət zədəli olan qapıçı İrfan Can Eğribayat da komandaya qayıdıb.