Allan Saint-Maxim tərəfindən paylaşım

Bakı, 9 iyul, Sporaz.tv

Fenerbahçe“yə transferi gözlənilən Allan Saint-Maximin sosial media hesabından diqqətçəkən paylaşım edib.

Sporaz.tv xəbər verir ki, transfer səylərini davam etdirən və cinah sahəsini gücləndirməyi planlaşdıran “Fenerbahçe”nin gündəmində Allan Saint-Maximin var.

“Fenerbahçe” Mourinho ilə görüşündən sonra Türkiyədə oynamağa razı olan Allan Saint-Maksiminin komandası “Al-Ahli” ilə danışıqlarını davam etdirir.

Digər tərəfdən fransalı cinah oyunçusu sosial media hesabında diqqətçəkən paylaşım edib. 27 yaşlı futbolçu paylaşımında “Maneə nə qədər böyükdürsə, onu dəf etmək bir o qədər şərəflidir” deyib.

Bahar Rüstəm