“Allan Saint-Maxim”in Fenerbahçedə inkişafı

Bakı, 9 iyul, Sporaz.tv

Fenerbahçe Allan Saint-Maximin transferində xoşbəxt sona çox yaxındır. Fransız ulduzu almaq opsiyonu ilə icarəyə götürmək istəyən sarı-göylü komanda Al-Ahli ilə danışıqlarını davam etdirir.

Sporaz.tv məlumat verir ki, transfer səylərini davam etdirən “Fenerbahçe” “Al Ahli“də çıxış edən Allan Saint-Maximini transfer etməyə çox yaxındır.

“Fenerbahçe” Jose Mourinhonun işə keçməsindən sonra Allan Saint-Maximini Türkiyədə oynamağa razı salıb.

Allan Saint-Maximini almaq opsiyonu ilə icarəyə götürmək istəyən sarı-göylü komanda klubla danışıqları davam etdirir.

Jose Mourinhonun əsas hədəflərindən olan fransalı ulduzun tezliklə sarı-tünd göy rəngli formanı geyinəcəyi gözlənilir.

BBC Arabic ötən gün Allan Saint-Maximin-in Al Ahli tərəfindən heyətdə nəzərə alınmadığını və bu qərarın futbolçuya çatdırıldığını bildirmişdi.

27 yaşlı futbolçunun Jose Mourinho ilə danışdıqdan sonra “Fenerbahçe”yə gəlməyə razı olduğu və komanda yoldaşları ilə vidalaşdığı bildirilirdi.

Allan Saint-Maximin ötən mövsüm “Newcastle United”dən 27 milyon avroya “Al Ahli”yə transfer olunub.

Fransalı futbolçu ötən mövsüm Səudiyyə Ərəbistanı yığması ilə 31 oyun keçirib.

Allan Saint-Maximin bu matçlarda 4 qol vurub, 10 məhsuldar ötürmə edib.