Ali Koçdan transfer şərhi: Tarix verdi

Bakı, 7 iyun, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça) İdman Klubu Başçısı Ali Koç bazar günü keçiriləcək prezident seçkiləri öncəsi açıqlamalar verib. Koç, Fenerbahçe (Fənərbağça)-nın transfer gündəmindən də danışıb.

Sporaz.tv xəbər verir ki, iyunun 8-9-da Fənərbaxçada keçiriləcək Seçkili Adi Baş Assambleya Toplantısı öncəsi sədr Ali Koç NOW ekranlarında açıqlamalar verib.

Fenerbahçe (Fənərbaxça)-nın transfer üçün seçəcəyi futbolçularla bağlı isə Ali Koç, “Hal-hazırda verə biləcəyim bir ad yoxdur. Niyə yoxdu? Çünki adlar var. Hər mövqe üçün 5 oyunçu müəyyənləşdiririk. Ayın 10-dan seçildiyimiz təqdirdə, bu adlara təkliflər etməyə başlayacağıq”.

Ali Koç” Bu heyətdə 3-4 gücləndirmə edəcəyik. Məsələnin digər tərəfi əlimizdə olan oyunçuları saxlamaqdır. Dəyərli klublar çox dəyərli oyunçularımızı istəyir. Astronomik təklif gəlməyincə satmağı planlaşdırmırıq.” -dedi.

Koç, Aziz Yıldırım sualına: “Aziz Yıldırım “Ali Koç seçilsə belə, Mourinhonun pulunun yarısını verəcəm” dedi. “Verəcəyini düşünmürəm. Keçmişdə də belə boş vədlər verib. Verirsə, nə yaxşı”- reaksiyasını da verib.