Ali Koçdan Jose Mourinho həmləsi

Bakı,15 May,Sporaz.tv

Aziz Yıldırımdan sonra Ali Koç da Jose Mourinhonu transfer etdi. “Fenerbahçe“nin idman direktoru Mario Branconun Mourinho ilə görüşdüyü iddia edilib.

Sporaz.tv xəbər verir ki, bazar günü axşam Super Liqada “Galatasaray“la derbi oynayacaq “Fenerbahçe”nin gündəmi prezident seçkiləri və Jose Mourinhodur.
Aziz Yıldırımın prezident seçiləcəyi təqdirdə Jose Mourinhonu baş məşqçi təyin edəcəyini açıqlamasından sonra Ali Koç portuqaliyalı çalışdırıcı ilə bağlı addım atıb.
“Fenerbahçe”nın idman direktoru Mario Branco Jose Mourinho ilə görüşüb.
Danışıqlarda irəliləyiş əldə olunarsa, Ali Koçun Mourinho ilə oturub-duracaq. Aziz Yıldırımın Joze Mourinyo ilə əl sıxması xəbəri yayılıb.
Aziz Yıldırımın son detalları Mourinhonun meneceri ilə müzakirə etməyə başladığı vurğulanıb.

Bahar Rüstəm