Ali Koçdan Ferdi Kadıoğlunun transferi ilə bağlı açıqlama

Bakı,5 iyun, Sporaz.tv

Fenerbahçe “Fənərbağça”nın prezidenti Ali Koç transfer söz-söhbətlərində adı hallanan Ferdi Kadıoğlu ilə bağlı önəmli açıqlamalar verib.

Sporaz.tv xəbər verir ki, Ferdi Kadıoğlunu komandada saxlamaq istədiklərini bildirən Ali Koç, “35-40 kimi qeyri-adi bir şey gəlsə, oturub danışarıq”- dedi.

“Mövsümün ortasında çox maraqlanan klub var idi, amma rəsmi təklif yox idi. Ferdi, gələn mövsüm də bizdə qalmalıdır, amma 35-40 kimi qeyri-adi bir şey gəlsə, oturub danışarıq. Mourinho adı oyunçular arasında böyük həyəcan yaratdı, bəlkə də Mourinhoya görə gəlməyəcək oyunçuları transfer edə, getmək istəyənləri saxlaya bilərik”.

Transfer dönəmində alacaqları futbolçuların bəlli olduğunu bildirən Ali Koç, “Alacağımız oyunçular bəllidir. Hətta bəzi menecerlərimiz deyir ki, bunu açıqlayaq Həmdə, 3-5 dənə çox səs alacağıq deyə. Mən qətiliklə olmaz deyirəm. Biz tuta bilməyəcəyimiz bir söz vermək istəyirik.”- dedi.