Ali Koça hücum edən şübhəli üçün qərar verildi

Bakı, 18 avqust, Sporaz.tv

Trendyol Superliqasının ikinci həftəsində oynanılan “Göztepe” – “Fenerbahçe” matçında “Fenerbahçe” İdman Klubu prezidenti Ali Koça hücum edən şübhəliyə ev dustaqlığı cəzası verilib.

Sporaz.tv xəbər verir ki, Ali Koç “Göztepe” matçında onu itələyən şəxs və hadisədə səhlənkarlıq edən bütün məmurlar barəsində cinayət işi qaldırıb.

Bunun üzərinə İzmir İl Təhlükəsizlik Müdirliyi İdman Təhlükəsizliyi Şöbəsi qrupları sahənin kənarında gedərkən Koçu itələyərək yıxan Fatih Özkanı saxlayıb.

Şübhəli polis bölməsində verdiyi ifadənin ardından ədliyyəyə sövq edilib.

Prokurorluqda dindirildikdən sonra həbs tələbi ilə Sülh Cəza Məhkəməsinə aparılan şübhəli barəsində ev dustaqlığı qərarı çıxarılıb.

DHA xəbərlərinə görə; Fatih Özkanın polisə verdiyi ifadəsində “Ali Koçu meydandan çıxarmaq istəyirdim. Stadion nəm idi. Sürətimi tənzimləyə bilmədim. İstəmədən, bərk itələdim. Yaralamaq niyyətində deyildim”.

Bahar Rüstəm