Ali Koç: “Bu seçki bizim üçün etibarsızdır”

Bakı, 18 iyul, Sporaz.tv

Fenerbahçe” prezidenti Ali Koç, TFF seçkiləri ilə bağlı “Bu seçki bizim üçün etibarsızdır. Azad iradəmiz qəsb olundu” dedi.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nin prezidenti Ali Koç Türkiyə Futbol Federasiyasının adi maliyyə və seçkili baş Assambleyasında açıqlamalar verib.

Milli Komandanı AVRO 2024-də əldə etdikləri nəticəyə görə təbrik edən Ali Koç, “300-ə yaxın nümayəndəyik, heç kimin danışmağa nə həyəcanı, nə də həvəsi yoxdur. Bizim üçün üzücü bir vəziyyətdir. Milli komandamızı təbrik etmək istərdim. AVRO 2024-dəki uğurlarına görə Cənab Montellaya, onun texniki komandasına və futbolçularımıza turnirdəki qələbələrə və futbola görə təşəkkür etmək istərdik. Sahib olduğumuz bu gənc nəsillə daha yaxşı yerlərə çatmağımız mümkündür” dedi.

Ali Koç sözlərinə belə davam edib: “Əvvəlcə bunu bildirmək istərdik. Fenerbahçe İdman Klubu olaraq bu seçki bizim üçün etibarsızdır. Bunun heç bir dəyəri yoxdur. Seçki gününə qədər yaşananlar antidemokratikdir. Azad iradəmiz qəsb olundu. Federasiya prezidenti Büyükekşi təbrik edirik və onun üçün lobbiçilik edənlərin buna layiq olduğunu düşünürük. Böhranlar TFF-nin prosesi idarə etmədəki səriştəsizliyindən qaynaqlansa da heç bir məsuliyyət daşımayan, günahı başqalarının üzərinə atır, namizəd olduğunuz üçün təbrik edirəm”.

TFF seçkiləri üçün klubların başlatdığı imza kampaniyasına toxunan Ali Koç, “Futbolda maraqlı tərəflərin narahatlığı səbəbiylə imza kampaniyası başladılıb. Prosesin əvvəlində dörd böyük klub da daxil olmaqla bir çox klub bu kampaniyaya dəstək verdi və 147 imza toplanmışdı, TFF prezidentimiz bunu nəzərə almalı idi, onun təşəbbüs olaraq dilə gətirməsi də sizlərin iradəsinə hörmətsizlikdir”deyə Koç açıqlama verib.

Ali Koç da “Əsl iradəmizin bu şəkildə yönəldilməsi bizi heç narahat etmirmi? Bu federasiya vəzifəyə gəldiyi gündən problemlərin öz-özünə həll olunacağına inanaraq prosesi idarə etdi. Bu anlayış xaos gətirdi. Oradan çıxmaq mümkün olmayan bir vəziyyətə gəldi ki, türk futbolunda haqsızlıq günü-gündən dərinləşir”.

Bahar Rüstəm