“Alexis Sanchez” transferi tamamlandı

Bakı, 10 avqust, Sporaz.tv

Adı zaman-zaman türk klubları ilə hallanan Alexis Sanchez, 13 ildən sonra “Udinese“yə qayıdıb. İtaliya komandası, Alexis Sanchezlə 1 illik müqavilə imzalayıb.

Sporaz.tv məlumat verir ki, sonuncu dəfə “İnter”də çıxış edən və eyni zamanda Türkiyə klublarına da yazılan Alexis Sanchez, “Udinese”yə qayıdıb. Təcrübəli futbolçu, keçmiş komandası Udinese ilə 1 illik müqavilə imzalayıb.

Beləliklə, Alexis Sanchez 13 ildən sonra İtaliya komandasına qayıdıb.

“Udinese”, çilili ulduzu 2011-12 mövsümünün əvvəlində 26 milyon avroya “Barcelona“ya satmışdı.