Alexander Sörloth transferində 25 milyonluq plan

Bakı, 15 iyul, Sporaz.tv

Roma“, adı Türkiyə klublarında tez-tez hallanan “Vilyarreal“ın hücumçusu Alexander Sörlothu transfer edir. A Seriya komandasının, Sörloth üçün 20-25 milyon avro təklif etsə, Villarealın bunu qəbul edə biləcəyi yazılıb.

Sporaz.tv xəbər verir ki, ötən mövsüm Villarreal ilə uğurlu çıxış edən və bombardirlik yarışını 2-ci pillədə başa vuran Alexander Sörloth-a talib çıxıb.

La Gazzetta Dello Sport-da yayılan xəbərə görə; “Roma” “Vilyarreal”da çıxış edən Aleksandr Sörlotu heyətinə qatmaq istəyir.

Villarrealın 38 milyon avroluq sərbəst qalma şərti olan oyunçusu üçün 20-25 milyon avroluq təklifləri də məmnuniyyətlə qarşılayacağı iddia edildi.

Digər tərəfdən norveçli hücumçunun da İtaliyaya keçməkdə maraqlı olduğu iddia edilir.

“Vilyarreal”ın heyətində 41 matça çıxan 28 yaşlı hücumçu, 26 qol vurub, 6 məhsuldar ötürmə edib.