Alexander Sörloth adım adım “Atletico Madrid”ə

Bakı, 3 avqust, Sporaz.tv

Villarreal “da çıxış edən “Alexander Sörloth“(Aleksandr Sörlot), “Atletico Madrid“ə keçməyə hazırlaşır. Rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.

Sporaz.tv məlumat verir ki, “Atletico Madrid” və “Villarreal” Alexander Sörlothun transferi üçün razılığa gəliblər.

Sörlotun bu gün sağlamlıq müayinəsindən keçəcəyi və Atletico Madrid ilə müqavilə imzalayacağı bildirilib.

Xəbərdə, Sörlotun imzalandıqdan sonra Atletico Madridin Honq Konq düşərgəsinin heyətinə daxil ediləcəyi bildirilib.

Sörloth, Robin Le Normanddan sonra Atletico Madridin ikinci transferi olacaq.

Transferin bonuslar da daxil olmaqla 38 milyon avroya tamamlanacağı gözlənilir.

Ötən mövsüm Alexander Sörloth “Villarreal”ın heyətində 41 matçda iştirak edib.

28 yaşlı hücumçu, bu matçlarda 26 qol vurub, 6 məhsuldar ötürmə edib.