Alex Oxlade-Chamberlain üçün sürpriz talib

Bakı, 11 avqust, Sporaz.tv

Beşiktaş“ın yeni mövsüm planlarına daxil olmayan Alex Oxlade-Chamberlain üçün ölkəsindən sürpriz talib çıxıb. Premyer Liqanın yeni komandası ingilis futbolçunu gündəmə gətirib.

Sporaz.tv xəbər verir ki, ötən mövsüm “Beşiktaş”a keçən Alex Oxlade-Chamberlain çıxışı ilə məyus olub. Bu mövsüm komandada sayılmayan təcrübəli futbolçuya daha bir talib çıxıb.

“Southampton”un gündəmində olduğu iddia edilən Alex Oxlade-Chamberlainlə Premyer Liqanın yeni komandası “Opswich Town”un da maraqlandığı iddia edilib. İngiltərə mətbuatında yer alan xəbərə görə, “Ipswich Town” qısa müddətdə bu transfer üçün hərəkətə keçə bilər.

Alex Oxlade-Chamberlain ötən mövsüm 30 matçda “Beşiktaş”ın formasını geyinib. 30 yaşlı futbolçu bu matçlarda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

Bahar Rüstəm