Alex de Souzadan “Antalyaspor”a ilk transfer

Bakı,30 may,Sporaz.tv

Antalyaspor“un yeni baş məşqçisi Alex de Souza ilk transferini həyata keçirir. Paraqvaylı yarımmüdafiəçini Alex de Souza “Antalyaspor”a gətirir.

Sporaz.tv xəbər verir ki, Paraqvay mətbuatında dərc olunan xəbərdə 21 yaşlı futbolçunun çamadanlarını hazırladığı bildirilib. 2012-ci ildə “Fenerbahçe“dən ayrılan və 2015-ci ildə futbolla vidalaşan Alex de Souza 2021-ci ildə məşqçilik macərasına başlayıb.


İlk dəfə Sao Paulo U20 komandasında çıxış edən Alex de Souza məşqçilik karyerasında ilk A komanda təcrübəsini Avaidə keçirib. Alex de Souza 12 ildən sonra Türkiyəyə məşqçi kimi qayıdıb. 46 yaşlı braziliyalı çalışdırıcı “Antalyaspor”la 2 illik müqavilə imzalayıb. Bu arada Alex de Souza “Antalyaspor”a ilk transferini reallaşdırmaq üzrədir.
Paraqvay komandasının “General Caballero“da çıxış edən Alexander Franco 2023-24 mövsümündə 9 matçda meydana çıxıb.

Bahar Rüstəm