Alex de Souza “Fenerbahçe”nin iki futbolçusunu istəyir

Bakı, 13 avqust, Sporaz.tv

Antalyaspor“un baş məşqçisi Alex de Souzanın “Fenerbahçe“dən 2 futbolçu transfer etmək istədiyi iddia edilib. Alexin istədiyi adlardan birinin transferlə bağlı müsbət olduğu bildirilib.

Sporaz.tv xəbər verir ki, Yeni mövsümdən əvvəl Türkiyəyə qayıdan və “Antalyaspor”un başına keçən Alex de Souza keçmiş komandasından transfer istəyib.

Alex de Souza “Fenerbahçe”da atılan Miha Zajc və Miguel Cresponun transferini istəyir.

“Antalyaspor”un hər iki futbolçu üçün təmaslarını davam etdirdiyi, lakin Miguel Kresponun müqavilə imzalamağa daha yaxın olduğu bildirilir.

Portuqaliyalı futbolçunun Anadoluda oynamaqdan çəkinməməsi və xərcin aşağı olması səbəbindən transferin daha çox olduğu vurğulanıb.

“Fenerbahçe” hər iki futbolçu ilə 2023-cü ildə yeni müqavilə imzalayaraq, Miguel Cresponun müqaviləsini 2 il, Miha Zajcın müqaviləsini isə 3 il daha uzadıb.

Bahar Rüstəm