Aleix Garcia, Bayer “Leverkusen”də

Bakı, 14 iyun, Sporaz.tv

Almaniya 1-ci Futbol Liqasının (Bundesliqa) çempionu Bayer Leverkusen İspaniyanın Girona (Jirona) komandasının yarımmüdafiəçisi Aleix Garcia ilə 5 illik müqavilə imzaladığını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, klubdan verilən açıqlamada Bayer Leverkusenin ispaniyalı futbolçu Aleix Garcia ilə 30 iyun 2029-cu ilə qədər qüvvədə olan müqavilə imzaladığı bildirilib.

26 yaşlı ispaniyalı futbolçu ötən mövsüm Girona (Jirona) forması ilə 40 matçda 3 qol vurub, 6 məhsuldar ötürmə edib.

Girona (Jirona) ötən mövsüm La Liqanı “Real Madrid” və “Barcelona”nı geridə qoyaraq 3-cü yerdə başa vuraraq UEFA Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanıb.