Bakı, 1 iyun, Sporaz.tv
Kişilər arasında təklər üzrə son çempion Carlos Alcaraz mövsümün üçüncü böyük tennis turniri olan Wimbledonun ikinci mərhələsinə yüksəlib.
Sporaz.tv məlumat verir ki, Tennis üzrə “ Wimbledon” turnirində kişilər arasında son tək çempion olan Carlos Alcaraz ikinci mərhələyə yüksəlib.
İngiltərənin paytaxtı Londonda keçirilən turnirin ilk günündə korta çıxan ispaniyalı tennisçi ilk mərhələdə dünya reytinqində 269-cu olan estoniyalı Mark Lajalla üz-üzə gəlib.
7-6, 7-5 və 6-2 setləri ilə 2 saat 22 dəqiqə davam edən qarşılaşmada dünya 3-cü Alcaraz 3-0 qalib gələrək adını ikinci dövrəyə yazdırıb.