“Al Nassr” klubu “Manchester City” oyunçusu ilə yaxından maraqlanır

Bakı,24 aprel,Sporaz.tv

Manchester City“(Mançestr Siti)nin ulduz futbolçusu Kevin De Bruyne üçün təəccüblü transfer iddiası ortaya atılıb. Səudiyyə Ərəbistanı komandalarından olan “Al Nassr” uzun müddətdir izlədikləri futbolçu üçün hərəkətə keçməyə hazırlaşır.

“Manchester City”(Mançestr Siti)nin əsas oyunçularından olan Kevin De Bruyne komandanın uğurunda ən önəmli rollardan biridir. Al Nassr gələn mövsüm müqaviləsi başa çatacaq futbolçu üçün.

Xarici mediaya əsasən bildirilir ki:”Cristiano Ronaldo”(Kriştiano Ronaldo)nun çıxış etdiyi “Al Nassr” “Manchester City”(Mançestr Siti)dən Kevin De Bruyneni heyətinə qatmaq istəyir. Növbəti mövsümdə “Manchester City”(Mançestr Siti) ilə müqaviləsi başa çatacaq futbolçunun komandadakı gələcəyi ilə bağlı qərarını qısa zamanda verəcəyi gözlənilir.

Daha əvvəl Kevin De Bruyne ilə Səudiyyə Ərəbistanı komandalarının maraqlandığı iddia edilmişdi. “The Athletic”də verilən məlumata əsasən, belçikalı ulduz Səudiyyə Ərəbistanında oynamaqla maraqlanmayıb. Xəbərdə “Manchester City”(Mançester Siti)nin Kevin De Bruyneni komandada saxlamaq istədiyi və futbolçuya yeni müqavilə təklif edəcəyi bildirilib.