“Al Nassr”-də ayrılıq rəsmi olaraq elan edildi

Bakı, 2 sentyabr, Sporaz.tv

Səudiyyə Ərəbistanının “Al Nassr”(Əl-Nəsr) komandası, Alex Telleslə müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv edildiyini açıqlayıb.

Sporaz.tv məlumat verir ki, Braziliyalı sol cinah müdafiəçisi Alex Telles üçün “Al Nassr” macərası rəsmən başa çatdı. Səudiyyə Ərəbistan yığması, 31 yaşlı futbolçu ilə yollarını ayırıb.

“Al Nassr”-in verdiyi açıqlamada Alex Tellesin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib. Braziliyalı futbolçunun Səudiyyə Ərəbistanı komandası ilə 2025-ci ilə qədər müqaviləsi var idi.

Alex Telles, 38 matçda “Al Nassr”-in formasını geyinib. Təcrübəli sol cinah müdafiəçisi bu matçlarda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.