Bakı, 23 oktyabr, Sporaz.tv
UEFA Avropa Lİqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ“-“Ajax” (Ayaks) matçı öncəsi mətbuat konfransı baş tutub.
Sporaz.tv xəbər verir ki, “Ajax” komandasının baş məşqçisi Francesco Farioli jurnalistlərin suallarını cavablayıb:
– Komandanız niyə oyunqabağı məşq üçün “Neftçi Arena”nı seçdi?
– Plan belə idi. Əvvəldən belə planlaşdırılmışdı. Biz adətən diqqəti cəlb etmək üçün yox, başqa stadionda sərbəst məşq etməyi xoşlayırıq.
– Sabahkı matç haqqında nə düşünürsünüz?
– Rəqibimizi təhlil etmişik. “Qarabağ” güclü rəqibdir, bir çox titulları var. Futbolçuları ilə maraqlanırdım. Mən Türkiyədə işləmişəm, ona görə də Azərbaycan haqda məlumatlıyam. Çünki bu ölkələr bir-birinə yaxındır. Kadr itkilərimiz var, Bakıya tam heyətlə gəlməmişik.
– “Qarabağ”ın heyətində ən çox nədən ehtiyat edirsiz?
– Bəzi futbolçuları fərdi şəkildə öyrəndik. Dinamik və güclü komandadır. Son dəqiqələrdə uduzduqları “Bayer Leverkusen”lə oyunu diqqətə çatdırardım.
-Daniele Rugani, Qarabağ”-ı necə xarakterizə edərdiniz?
Biz təbiiki videolara baxmışıq. Komandanı analiz etmişik. Onu deyə bilərəm ki, çox güclü komandadır və hazırlıq səviyyələri çox yüksək səviyyədədir. Biz bilirik ki, sabah çox güclü komandayla qarşılaşacayıq. Həm ölkə, həm də Avropada təcrübə səviyyələri yüksəkdir. Ona görə də çətin komandadır.
– Sabah hansı nəticəni gözləyirsiniz?
– “Qarabağ”ın güclü və zəif tərəflərini analiz edirik. Biz daha yaxşı olmaq və layiqli xallar qazanmaq istəyirik.
– Zehni olaraq uduzmağa hazırsınız?
– Futbolda hər şey ola bilər. Amma biz öz oyunumuza və nəticəyə köklənmişik. Sabah sürpriz olarsa, növbəti oyunlara hazırlaşacağıq.
– Bakıya Ajax (Ayaks)-ın çoxsaylı azarkeşləri gəlib. Onlara nə demək istərdiniz?
– Bu haqda eşitmişəm. Bura gəlmək ucuz deyil, üstəlik çox pul xərcləməli oldular. Ailələrindən, işlərindən icazə alıb gələrək bizə jest edirlər. Biz də onlara bir jest etmək istəyirik. Əlimizdən gələni edib, onların bizə qarşı atdıqları müsbət addım qarşılığı olaraq onlara qələbə ilə təşəkkür etmək istəyirik.
-Daniele Rugani, Bakı hava limanında problem yaşamısınız. Nə baş verib?
-Bəli. Elektron viza ilə bağlı problem yaşamışam.3 saata yaxın vaxt itirmişəm.
–Artıq 1 gündür ki Bakıdasınız. Bakıyla bağlı ilkin təsüratlarınız necədir?
Bakı haqqında təsüratlarımız çox yüksəkdir. Bura gəlmədən əvvəldə tanış insanlardan Bakı haqqında müəyyən məlumatlar almışdıq. İnsanlar çox mehribandır. Bildiyiniz kimi mən Türkiyədə daha çox yaşamışam, oranın insanlarını daha yaxından tanıyıram. Eyni insanlardır. Eyni psixologiyaya malikdirlər. Təsüratlarımız yaxşıdır.