“Ajax” yeni baş məşqçisini açıqlayıb

Bakı,24 may,Sporaz.tv

Ajax (Ayaks), Françesko Fariolinin baş məşqçi təyin olunduğunu açıqlayıb.

Sporaz.tv xəbər verir ki, Hollandiya Liqası komandalarından olan Ajax (Ayaks), Nice (Nitsa)-nın baş məşqçisi Françesko Fariolinin təyinatını rəsmən açıqlayıb.

Açıqlamada 30 iyun 2027-ci ilə qədər 3 illik müqavilənin imzalandığı bildirilib.

İtalyan məşqçi, daha əvvəl Super Liqada “Fatih Karagümrük” və “Alanyaspor”u çalışdırıb.

Qeyd edək ki, Erediviziyada pis başlayan və bu mövsüm zirvə yarışından çox uzaq olan Ajax (Ayaks) 55 xalla 5-ci yerdədir.