Bakı, 10 noyabr, Sporaz.tv
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan təyinat alıb.
Sporaz.tv xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək “Roma” (İtaliya) – “Lyon” (Lion) (Fransa) oyununun UEFA nümayəndəsi olacaq.
A qrupunun qarşılaşması noyabrın 13-də Roma şəhərində yerləşən “Tre Fontane” stadionunda baş tutacaq.