Bakı, 1 noyabr, Sporaz.tv
Milli Komandaların Təlim-Məşq Mərkəzində Premyer Liqa hakimləri üçün təşkil olunan seminar baş tutub.
Sporaz.tv AFFA-nın rəsmi saytına istinadən istinadən xəbər verir ki, tədbirdə Hakimlər Komitəsinin sədri Frank De Blekere və VAR üzrə mütəxəssis Kristof Dierik iştirak ediblər.
Sessiyanın bir hissəsi meydanda, bir hissəsi isə iclas zalında keçirilib. Praktiki dərsin ardından Misli Premyer Liqasında XI turunda baş tutan oyunlarının detallı təhlili aparılıb. Kristof Dierik VAR-la bağlı təlimatlar verib.
Daha sonra hakim-inspektorlarla iclas keçirilib, hakim idarəçiliyinin qiymətləndirilməsi haqqında təlimatlar verilib.