AFFA 3 klubu cərimələyib

Bakı, 24 may, Sporaz.tv

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sporaz.tv AZƏRTAC -a istinadən xəbər verir ki, iclasda Premyer Liqanın XXXV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Zirə” ilə oyunda “Kəpəz”in azarkeşləri tərəfindən hakimlərin və rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Gəncə təmsilçisi 1000 manat cərimələnib.

“Qarabağ” – “Turan Tovuz” qarşılaşmasından sonra akkreditasiyası olmayan şəxslərin “Zona 1”ə daxil olması Ağdam klubunu 500 manat xərcə salıb.

“Qəbələ” ilə görüşdə 5 futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” isə 700 manat ziyana düşüb.