Adrien Rabiotun yeni komandası bəlli olur

Bakı, 15 sentyabr, Sporaz.tv

Galatasaray“ın yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi Adrien Rabiot yeni komandası ilə müqavilə imzalayır. Fransalı futbolçu ölkəsinə qayıdır.

Sporaz.tv xəbər verir ki, “Juventus”la müqaviləsi başa çatan Adrien Rabiot aldığı təklifləri rədd edib. Avropa nəhənglərində oynamaq istəyən fransız futbolçu gözlədiyini tapa bilməyib. “Galatasaray” Rabiotu heyətinə qatmağa çalışsa da, istədiyinə nail ola bilməyib.

Avropa liqalarında və Türkiyədə yay transfer pəncərəsi başa çatıb. Fransalı futbolçu fasiləyə qədər rəsmi matçda meydana çıxa bilməyəcək.

Yay transfer dönəmində adından söz etdirən Adrien Rabiot yeni komandasını tapıb.

L’equipe qəzetinin xəbərinə görə, Adrien Rabiot Liqa 1 komandalarından olan Marsel ilə danışıqlar aparır. Marsel ulduz futbolçuya 2 illik müqavilə təklif edib. Rabiotnun bu təklifi qəbul edəcəyi gözlənilir.

Bahar Rüstəm

Leave a Reply