Adrien Rabiotun “Galatasaray”dan istədiyi maaş açıqlanıb

Bakı, 15 iyul, Sporaz.tv

Juventus “la müqaviləsi başa çatan Adrien Rabiotun adı “Galatasaray”da tez-tez hallanır. Milan Real Madridə də yazılan futbolçunun maaş tələbi ilə bağlı diqqətçəkən iddia ortaya atılıb.

 Sporaz.tv məlumat verir ki, transfer cəhdlərini davam etdirən “Galatasaray“da adı hallanan futbolçulardan biri də Adrien Rabiotdur.

Sarı-qırmızılıların siyahısında yer aldığı iddia edilən futbolçunun maaş tələbi ilə bağlı İtaliya mətbuatı diqqəti çəkən iddia ilə çıxış edib.

Adrien Rabiot gedəcəyi komandadan illik 8 milyon avro xalis maaş tələb edir.

Rabiot ötən mövsüm “Juventus”un heyətində 35 oyun keçirib.

29 yaşlı futbolçu bu matçlarda 5 qol vurub, 3 məhsuldar ötürmə edib.