Adrien Rabiotanın hazırki vəziyyəti tənqid olunub

Bakı, 5 sentyabr, Sporaz.tv

Fransa Milli Komandasının baş məşqçisi Didier Deschamps, hələ heç bir klubla müqavilə imzalamayan Adrien Rabiotnun biabırçı vəziyyətdə olduğunu bildirib.

Sporaz.tv məlumat verir ki, Fransa Millisinin futbolçularından Adrien Rabiot, “Juventus“(Yuventus)-dan ayrıldıqdan sonra heç bir klubla müqavilə imzalamayıb. 29 yaşlı futbolçu “Galatasaray“(Qalatasaray)-ın gündəmində olsa da, sarı-qırmızılılar ulduz futbolçunu razı sala bilməyib.

Rabiot, Avropa nəhənglərindən təklif gözləyir. Premyer Liqada azad agent transfer müddəti sabah başa çatır. Ulduz futbolçu üçün başqa liqalardan heç bir təşəbbüs yoxdur.

Fransa millisinin baş məşqçisi Didier Deschamps, Rabiotnun vəziyyətini tənqid edib.

Kylian Mbappe ilə keçirdiyi mətbuat konfransında danışan Deschamps: “Adrien Rabiot utancverici vəziyyətdədir. Ona bir neçə komandadan təklif gəldi, amma olmadı. Məşq edə bilmir və hazır deyil. Ümid edirəm ki, qısa zaman ərzində onu aramızda görəbiləcəyimiz bir komandaya imza atar”-deyə bildirib.