Adı “Fenerbahçe” ilə hallanan Samardzic transferində yeni inkişaf

Bakı, 17 iyul, Sporaz.tv

Fenerbahçe “nin transfer gündəmində olan “Udinese“nin yarımmüdafiəçisi Lazar Samardziclə İtaliya nəhəngi “Milan”ın da maraqlandığı iddia edilib.

Sporaz.tv xəbər verir ki, Monakodan heyətinə qatmaq istədiyi Youssouf Fofanaya daha ucuz alternativ olduğu üçün Samardzicə üz tutdu.

Youssouf Fofananın qiymətinin 25 milyon avro olduğu halda, serb futbolçunun 20 milyon avroya “Udinese”dən ala bilər.

2021-ci ildə 3 milyon avroya “Leipzig”dən transfer olunan 22 yaşlı futbolçunun da İtaliya komandasından ayrılmaq istədiyi iddia edilirdi.

“Udineze” ilə 2026-cı ilə qədər müqaviləsi olan futbolçuya “Lazio”, “Fenerbahçe ” və “Nottingem Forest”in də maraq göstərdiyi bildirilib.

Serbiyalı yarımmüdafiəçi ötən mövsüm A Seriyasında 34 oyun keçirib və komandasına 6 qol və 2 məhsuldar ötürmə verib.

Bahar Rüstəm