Adı “Beşiktaş”la hallanan Jan-Niklas Bestedən sürpriz imza

Bakı, 12 iyul, Sporaz.tv

“Heidenheim”da çıxış edən və adı tez-tez “Beşiktaş”la hallanan alman futbolçu Jan-Niklas Bestenin yeni ünvanı “Benfica”dır.

Sporaz.tv məlumat verir ki, “Benfica” “Heidenheim”da çıxış edən Jan-Niklas Beste ilə müqavilə imzalayıb. Portuqaliya yığması alman futbolçu ilə 5 illik müqavilə imzalayıb.

“Benfica” Jan-Niklas Besteni 10 milyon avroya heyətinə qatıb və futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.

Jan-Niklas Beste ötən mövsüm “Heidenheim”ın heyətində 32 oyun keçirib. 25 yaşlı futbolçu bu matçlarda 8 qol vurub, 14 məhsuldar ötürmə edib.