Adı “Beşiktaş”da hallanan Di Maria üçün transfer açıqlaması

Bakı,13 may,Sporaz.tv

Benfica“nın baş məşqçisi Rocer Şmidt mövsümün sonunda müqaviləsi bitəcək və adı “Beşiktaş“a transfer olunan Anxel Di Marianın Portuqaliya komandasındakı gələcəyi ilə bağlı mühüm açıqlama verib.

Sporaz.tv xəbər verir ki , Portuqaliya Premyer Liqasının 33-cü həftəsində “Aoruca”nı 5:0 hesabı ilə məğlub edən “Benfica”nın baş məşqçisi Rocer Şmidt matçdan sonra təşkil etdiyi mətbuat konfransında adı “Beşiktaş”la hallanan təcrübəli ulduz Anxel Di Marianın gələcəyi ilə bağlı açıqlamalar verib.
İclasda “Benfica”nın bu mövsüm son ev oyununa çıxdığı xatırladılıb və mövsümün sonunda müqaviləsi bitəcək 36 yaşlı futbolçu ilə bağlı “Di Marianın Luz Stadionundakı son oyunu idi? ” sualı verildi. Alman məşqçi bu suala belə cavab verib:
“Onun qalacağına hələ də ümid var, məncə, hələ qərarını verməyib. Mən Di Marianı çox yüksək qiymətləndirirəm. O, gözəl karyerası olub və hələ də çox yaxşı işləyir”. Onun məşqçisi olaraq, düşünürəm ki, daha bir mövsüm onunla işləmək əla olardı, çünki o, hələ də yaxşı formadadır, yüksək səviyyədədir. Nə olacağını görəcəyik.
Ötən yay “Juventus”dan “Benfica”ya transfer olunan Anxel Di Maria Portuqaliya komandası ilə 1+1 illik müqavilə imzalayıb. Ötən aylarda çıxan xəbərlərdə argentinalı futbolçunun 1 illik variantdan istifadə etməyəcəyi iddia edilmişdi.
Transfer zamanı adı “Beşiktaş”la hallanan ulduz futbolçu bu mövsüm “Benfica”nın heyətində 48 matça çıxıb, 17 qol vurub, 15 məhsuldar ötürmə edib.

Bahar Rüstəm