Adana Demirspor’da Nani ile yollar ayrıldı

Bakı,13 may,Sporaz.tv

Adana Demirspor” Nani ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırdıqlarını açıqlayıb.

Sporaz.tv xəbər verir ki , “Adana Demirspor” mövsümün əvvəlində heyətinə qatdığı Luis Nani ilə yollarını rəsmən ayırıb. Portuqaliyalı ulduz “Adana Demirspor”la 34 matçda 4 qol vurub, 3 məhsuldar ötürmə edib.

“Adana Demirspor”un açıqlamasında “Peşəkar futbolçumuz Luis Nani ilə qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Naniyə klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”.

Bahar Rüstəm