“Adana Demirspor”da istefa

Bakı, 24 iyun, Sporaz.tv

Superliqa komandalarından “Adana Demirspor”un ikinci prezidenti olan Metin Korkmaz, tutduğu vəzifədən istefa edib.

Sporaz.tv xəbər verir ki, klubun sosial media hesabından verilən açıqlamada vitse-prezident Metin Korkmazın tutduğu vəzifədən istefa verdiyi bildirilib.

İstefanın Klub prezidenti Murat Sancak tərəfindən qəbul edildiyi bildirilən açıqlamada, “Cənab Korkmaz’a indiyə qədər verdiyi töhfələrə və səylərinə görə təşəkkür edir, gələcək həyatında və karyerasında uğurlar arzulayırıq.”- ifadələrdən istifadə edilmişdir.