“Adana Demirspor”da ayrılıq

Bakı, 6 iyul , Sporaz.tv

Trendyol Super Liqasında mübarizə aparan “Adana Demirspor” kolumbiyalı cinah oyunçusu Stiven Mendoza ilə müqaviləyə xitam verdiyini açıqlayıb.

Sporaz.tv xəbər verir ki, “Adana Demirspor” Stiven Mendoza ilə yollarını ayırıb.Klubdan verilən açıqlamada Mendozanın müqaviləsində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyi və “Buna baxmayaraq futbolçumuz həyat yoldaşının gəlmək istəməməsindən sonra ailə səbəblərini əsas gətirərək 4 iyul tarixindən etibarən müqaviləsini ləğv etdi. Klubumuz və hüquqi məsələrlə ilə bağlı adımlar atmağa başlayıb” ifadələrdən istifadə edilmişdir.

Ötən mövsüm fevral ayında “Adana Demirspor”a transfer olunan Mendoza 14 matçda 3 qol vurub.

Bahar Rüstəm