Adam Buksa ilə 4 illik müqavilə, transfer rəsmi olaraq açıqlandı

Bakı, 11 iyul, Sporaz.tv

Antalyaspor”da yaxşı mövsüm keçirən Adam Buksanın yeni komandası “Midtjylland”dı. Danimarka təmsilçisi Adam Buksa ilə 4 illik müqavilə imzalayıb.

Sporaz.tv məlumat verir ki, “Antalyaspor”da icarə əsasında keçirdiyi mövsümdən sonra “Lens“ə qayıdan Adam Buksa yeni macəraya başlayıb.

Danimarka komandalarından olan “Midtjylland” Adam Buksanın transferini rəsmən açıqlayıb. Klubdan verilən açıqlamada polşalı hücumçu ilə 4 illik müqavilə imzalandığı bildirilib.

Midtjylland Adam Buksa üçün Lensə 4 milyon avro ödəyəcək.

27 yaşlı hücumçu “Antalyaspor”la 33 Super Liqa matçında 16 qol vurub, 2 məhsuldar ötürmə edib.