Acun Ilıcalının yeni komandası:Maribor

Bakı,8 may,Sporaz.tv

Acun Ilıcalı,Avropada daha yeni bir komanda aldı.

Bu komanda Slovenya təmsilçisi Maribordur. Bu razılaşmanın ən böyük önəmi artıq Acun Ilıcalıya sadəcə Avropanın deyil, Avropa Kuboklarının da qapıları açılmasıdır.

Komanda 64 illik bir tarixə sahibdir. Oyunlarını atəşli azarkeşlər qarşısında 12 min nəfərlik Ljudski Stadionunda oynayırlar.

2 ildir ki, vərdiş olduqları çempionluqdan Albert Rieraya görə uzaqdırlar. Riera keçən sezon Ljubljananı çempion etdi, bu sezon da Bordeauxa imza atmadan əvvəl bir məğlub olmaza dönüşdürdüyü Celjenin çempionluq elanına aparıcılıq etdi. Liqada 3-cü olan Maribor Avropanın ilkin turlarına qatılacaq. Yəni,Acun Ilıcalının Avropa kuboklarında yarışan bir komandaya sahib olması arzusu reallaşacaq. 5 ildir transfere 700-800 min avro xərcləyib, 3 ilə 4 milyon avro gəlir əldə ediblər.

Qazanma bacarığı, böyük azarkeş kütləsi olan Maribor, mümkün çempionluqla Acun Ilıcalını Çempionlar Liqası mərhələlərinə qatılan bir prezidente çevirə bilər.

Bahar Rüstəm