Acun Ilıcalının şahzadəsi rəsmi olaraq Premyer Liqadadır

Bakı, 19 iyul, Sporaz.tv

Acun Ilıcalının sahibi olduğu “Hull City“nin ulduzu Jaden Philogene keçmiş komandası “Aston Villa“ya transfer olunub.

Sporaz.tv xəbər verir ki, “Hull City”nin ötən mövsüm “Aston Villa”dan heyətinə qatdığı və böyük töhfələr aldığı Jaden Filogene Premyer Liqa komandasına qayıdıb.

“Aston Villa”nın bəyanatında deyilir ki, cinah oyunçusu 2023/24 mövsümündə pələnglər ilə təsirli mövsümdən sonra “Villa”ya qayıdır. “Bodymoor Heath Academy”nin məzunu olan oyunçu 2021-ci ildə klubda ilk komanda debütünü edib, daha sonra “Stoke City” və “Cardiff City”də icarə əsasında çıxış edib, Transfermarka görə, “Aston Villa” 16 milyon avro transfer haqqı 22 yaşlı futbolçu üçün pul ödənilib.

Jaden Philogene ötən mövsüm “Hull City”nin heyətində 33 matçda iştirak edib. İngilis futbolçu bu matçlarda 12 qol vurub, 6 məhsuldar ötürmə edib.

“Aston Villa” “Hull City”dən Jaden Philogene ilə müqavilə imzaladığını elan etməkdən məmnundur.

Bahar Rüstəm