Acun Ilıcalının komandasında gözlənilməz ayrılıq baş verib

Bakı, 17 oktyabr, Sporaz.tv

Acun Ilıcalının sahibi olduğu “Hull City“-də İdarə Heyətinin sədr müavini Tan Kesler ilə yollar ayrılıb.

Sporaz.tv xəbər verir ki, Acun Ilıcalının sahibi olduğu İngiltərə klubunun vitse-prezident Tan Kesler ilə yollarını ayırdığı açıqlanıb.

Hull City-nin rəsmi internet saytından verilən açıqlamada, “İcra başçısının müavini Tan Kesler ilə qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Tana gələcək üçün ən yaxşısını arzulayırıq və yaxın zamanda azarkeşlərimizə əlavə məlumat verəcəyik.” -sözləri qeyd edilib.